Türkiyə Ordusu 1500-dən çox terrorçu ZƏRƏRSİZLƏŞDİRİB

img

Türkiyə Ordusu 2024-cü il yanvarın 1-dən avqustun 1-dək regionda 770-si İraqda, 818-i isə Suriyada olmaqla, ümumilikdə 1 588 terrorçunu zərərsizləşdirib.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürk bu gün Ankarada keçirilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, antiterror əməliyyatları təkcə Türkiyənin özünün ərazisində deyil, həm də Suriya və İraqın sərhəd bölgələrində aparılır. “Təkcə son həftədə Türkiyə hərbçiləri 67 silahlı zərərsizləşdirib”, - deyə o qeyd edib.

Aktürk Türkiyə Silahlı Qüvvələrinin iyulun 26-da İraqın Qara, Qəndil və Asos bölgələrində aşkar edilmiş 25 terror hədəfinə həyata keçirdiyi kütləvi hava hücumlarına da diqqət çəkib.

O qeyd edib ki, Türkiyə Ordusunun uğurlu əməliyyatları PKK terrorçuları sıralarında dağınıqlığa gətirib çıxarıb, onların bir hissəsi qanlı təşkilatın sıralarını tərk edir, silahını yerə qoyur və Türkiyə hərbçilərinə təslim olur.

“Biz son silahlı məhv edilənə qədər terrorizmlə mübarizəni davam etdirmək əzmindəyik”, - deyə Aktürk əmin edib.

Xəbəri paylaş: