Nazir Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

img

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Faiq Hüseynov və Vüqar Mamedovla görüşüb.

Rezonans.az xəbər verir ki, görüşdə müsabiqə qaliblərinə dövlət qurumu idarəçiliyində qərarların verilməsi, strateji layihələrin icrası, ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində məlumatlılıq və bilik-bacarıqların artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Xəbəri paylaş: