
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Rezonans.az-a bildirilib ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Mercedes Benz” və “Renault Premium” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual ediliblər. Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirsələr də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8 min ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.