Türkiyənin İsrail səfirliyindəki bayraq yarıya endirildi, diplomat səfirliyə çağırıldı

img

Türkiyə HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə bir günlük matəm elan etməsindən sonra, İsrailin paytaxtı Tel-Əvivdəki səfirlikdə Türkiyə bayrağının yarıya endirilməsi diplomatik böhran yaradıb.

Rezonans.az xəbər verir ki, buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyənin ölkəsindəki müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.

Katz, vəkilə "Əgər səfirlik nümayəndələri Haniyə yas tutmaq istəyirlərsə, Türkiyəyə gedib prezident Ərdoğanla birlikdə yas tuta bilərlər", - deyə bildirib.

Türkiyə xarici işlər nazirliyinin sözcüsü Öncü Keçeli isə, Katzın sözlərinə sərt reaksiya göstərərək, “Müzakirəçiləri öldürməklə, diplomatları təhdid etməklə sülhə nail ola bilməzsiniz” ,- deyə cavab verib.

Xəbəri paylaş: