Masazırda qanunsuz tikili sökülüb.
Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq Abşeron rayonunun Masazır kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin altında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Agentlik tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.