İranda HƏMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 20-dən çox şəxs, o cümlədən yüksəkrütbəli hərbçilər həbs edilib.
Bu barədə Rezonans.az xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub.