Rusiyada binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

img

Rusiyanın Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində beşmərtəbəli binanın bir hissəsinin çökməsi nəticəsində beşi uşaq olmaqla, 10 nəfər həlak olub. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

Rezonans.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanalara yerləşdirilib. Həkimlər onlardan üçünün vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, avqustun 1-də Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasının iki bloku qaz sızması və partlayış nəticəsində dağılıb. Hadisə ilə bağlı fövqəladə vəziyyət rejimi tətbiq edilib, cinayət işi açılıb. Şəhərdə avqustun 3-ü matəm günü elan olunub.

Xəbəri paylaş: