Serbiyadakı “Kruşik” müdafiə sənayesi müəssisəsinin sexlərinin birində partlayış baş verib, yeddi nəfər xəsarət alıb.
Rezonans.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Valevo şəhər polisinin məlumatına əsasən, müəssisənin sexində partlayış zamanı 20 işçi olub, onlardan yeddisi müxtəlif travmalarla həkimlərə müraciət edib.
“Kruşik” Serbiya müdafiə sənayesinin ən böyük müəssisələrindən biridir.