Yay fəslinin sonuna yaxınlaşmağa baxmayaraq hələ də bağ evlərini kirayələyərkən onlayn dələduzların qurbanına çevrilmə faktları mövcuddur. Həmin fürsətçilər bağ evlərini dəyərindən qat-qat ucuz qiymətə alqı-satqı saytlarında kirayə üçün təklif edirlər".
Rezonans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial şəbəkə hesabında yazıb.
"Təəssüf ki, bəzi vətəndaşlarımız həmin mənzilə baxış keçirmədən beh ödənişləri edirlər və nəticədə bu da vəsaitlərinin talanmasına səbəb olur. Bundan başqa qarşıdan yeni təhsil ilinin gəldiyini nəzərə alaraq bir daha vətəndaşlara çağırış edərək bildiririk ki, fiziki baxış keçirmədən heç bir mənzilə kirayə üçün beh ödənişi etməsinlər. Diqqətli olun ki, dələduzların qurbanına çevirilməyəsiniz! Üzləşdiyiniz neqativ hallarla bağlı dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə və sosial şəbəkələrdəki səhifələrinə məlumat verməyiniz xahiş olunur", - deyə paylaşımda qeyd olunub.