Bakıda qaraj, Masallıda ev yanıb

img

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan taxta tullantıları 3 m² sahədə yanıb.

Rezonans.az FHN-nin saytına istinadən xəbər verir ki, qarajın qalan hissəsi yanğından mühafizə olunub. 

Masallı rayonunun Həsənli kəndində isə ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: