"Hizbullah" hərəkatı İsrailin cənubuna 30-a yaxın raket atıb.
Rezonans.az xəbər verir ki, bu barədə İsrail mətbuat xidməti bildirib.
Onların əksəriyyətinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu qeyd edilib.
Bir mərminin Beyt Hillel bölgəsinə, bir neçəsinin isə açıq ərazilərə düşdüyü də bildirilib. Ölənlər barədə məlumat verilməyib.