İranda qum fırtınası mindən çox şəxsi xəstəxanalıq ETDİ

img

İranın bir sıra bölgələrində neçə gündür ki, qum fırtınası hökm sürür.

Rezonans.az Tasnim-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ilə əlaqədar son beş gündə 1 362 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qum fırtınası xüsusilə Sistan-Beluçistan vilayətinin şimalında daha güclü olub.

Şiddətli külək bir milyona yaxın insanın yaşadığı Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nusret Abad, Haş, Saravan, İranşehr və Mehristan şəhərlərində həyatı iflic edib.

Xəbəri paylaş: