2024-cü ilin birinci yarısında Gürcüstandan 139 əcnəbi çıxarılıb.
Rezonans.az Gürcüstan mediasına istinadən xəbər verir ki, deportasiya edilənlərdən 28 nəfəri Azərbaycan, 16-sı İran, 14-ü İraq, 11-i Çin və Hindistan vətəndaşlarıdır.
Ölkədən çıxarılanlar arasında Ermənistan, Tacikistan, Rusiya, Türkmənistan və digər ölkələrin vətəndaşları da var.