Türkiyə "Instagram"a görə 2 milyard itirdi

img

Türkiyədə "Instagram"ın işləməməsi bir çox iqtisadi sahəyə dərin təsir göstərməyə başlayıb. 

Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Instagram" sosial şəbəkəsinə gələn giriş maneəsi Elektron Ticarət sahəsində ciddi ziyanlara səbəb olub. 

Elektron Ticarət Operatorları Birliyi (ETİD) İdarə heyəti Başçı Vəkili Emre Ekmekçi bildirib ki, "Instagram"ın bağlı qalması təkcə bu sahəyə günlük 2 milyard TL-yə (60 milyon dollar) başa gəlib.

Xəbəri paylaş: