Türkiyədə artıq dörd gündür instaqrama girişin bloklanması ilə bağlı görüş keçiriləcək.
Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat yayıb. O, bildirib ki. Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmiləri bu gün instaqramın məsul şəxsləri ilə bir araya gələcəklər.
Qeyd edək ki, avqustun 2-də Türkiyədə instaqrama giriş qadağan edilib. Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi buna səbəb kimi instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsini göstərib.