Xankəndi şəhərindəki daşınmaz əmlak - bütün çoxmənzilli binlara və fərdi evlər invenratlaşdırılaraq qiymət qoyulacaq.
Rezonans.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı açıq tender elan edib. Tender elanında fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, yaşayış binalarının və yarımçıq tikililərin ayrı-ayrılıqda qiymətləndirilməsi nəzərdə tutulur. Təyinatından asılı olmayaraq, bütün tikili və daşınmaz əmlakların qiymətləndirilməsi tikililərin planını (tikinti altı, ümumi, əsas və köməkçi sahələri müəyyən etməklə) tərtib etməklə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun əsasında aparılacaq.
Tenderdə iştirak etmək istəyən şirkətlərin öz təkliflərini təqdim etməsi üçün müəyyən edilmiş vaxt 27 avqust 2004-cü il tarixdə başa çatır.