Avropa İttifaqı növbəti seçilmiş hökumətə təhvil verilməsi prosesini həyati vacib hesab edərək Banqladeşdə hakimiyyət dəyişikliyini faktiki olaraq tanıyır.
Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell deyib.
O vurğulayıb ki, İttifaq hazırda Banqladeşdə baş verən hadisələri diqqətlə izləyir. Ölkədə hakimiyyət dəyişikliyinin tanınmasına səbəb dövlətin ordusunun komandanı Vaqer-Uz-Zamanın müraciəti olub. Eyni zamanda, Avropa İttifaqının nümayəndələri qeyd ediblər ki, proses sakit və təmkinlə aparılmalı, vəziyyət sülh yolu ilə həll edilməlidir.
Borrell açıqlamasında "Hakimiyyətin demokratik yolla seçilmiş hökumətə nizamlı və dinc şəkildə ötürülməsini həyata keçirmək çox vacibdir" deyib.