ABŞ qüvvələrinin terror təşkilatı PKK ilə birgə fəaliyyət göstərdiyi qeydə alınıb.
Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Amerika PKK-nın işğalı altında olan Həsəkə vilayətindən 700 PKK terroçusunu İranın dəstəklədiyi qrupların təmas xətti olan Fərat çayı yaxınlığındaki bazasına köçürüb.
Qeyd edək ki, ABŞ Suriyada İŞİD-a qarşı mübarizə bəhanəsi ilə terror təşkilatı PKK-ya hərbi dəstək verir.