Dənizdə batdığı ehtimal olunan şəxs belə axtarılır - VİDEO

img

İyulun 30-da Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz olaraq davam etdirilir.

Rezonans.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Aviasiya dəstəsinin helikopterləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar intensiv şəkildə aparılır.

Əlavə məlumat veriləcək.


Xəbəri paylaş: