Yıxılaraq köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib - VİDEO

img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Rezonans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan 2001-ci il təvəllüdlü C.Mircamalova yaşadığı mənzilin eyvanından binanın 3-cü mərtəbəsində yerləşən artırmanın damına yıxılıb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Xəbəri paylaş: