2023-cü ilin oktyabrında Qəzza zolağında əməliyyat başlayandan indiyədək İsrail ordusunun hərəkətləri nəticəsində demək olar ki, 39,7 min nəfər həlak olub, 91,7 minə yaxın insan isə yaralanıb.
Rezonans.az xəbər verir ki, bu barədə sektorun Səhiyyə Nazirliyi məlumat yayıb.
“2023-cü ilin oktyabrından Qəzzada ölənlərin sayı 39 677 nəfərə yüksəlib, daha 91 645 nəfər yaralanıb. Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və hava hücumları nəticəsində 24 fələstinli həlak olub, 110 nəfər yaralanıb”, - məlumatda deyilir.