Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Uzunoba su anbarında (çimərlik ərazisi) batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.
Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, batan şəxs nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinın dalğıc-xilasediciləri tərəfindən xilas olunub.