Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak edir

img

"Türkiyə ABŞ-nin Rusiyaya qarşı sanksiyalarında qismən iştirak edir".

Rezonans.az xəbər verir ki,  bunu "RİA Novosti" agentliyinə açıqlamasında  türkiyəli analitik Engin Özer deyib.

"Əslində biz artıq Ankaranın anti-Rusiya sanksiyalarında “qismən” iştirak etdiyi bir prosesi yaşayırıq. Ankara administrasiyasının tətbiq etdiyi sanksiyalardan ən mühümü Türkiyənin dövlət banklarının Rusiya ilə pul əməliyyatlarını böyük ölçüdə dayandırmasıdır”, - Özer bildirib.

Onun sözlərinə görə, bu, Türkiyədə keçirilən prezident seçkilərindən sonra Ərdoğanın Vaşinqtonla münasibətlərin normallaşdırılması kursunu müəyyənləşdirməsi ilə bağlıdır.

Ekspertin sözlərinə görə, Ərdoğan ümid edir ki, Donald Tramp Ağ Evə qayıdarsa, Ukraynadakı münaqişəni həll edə biləcək və buna görə də Moskva ilə münasibətlərlə bağlı Türkiyəyə təzyiqlər aradan qalxacaq. 

Bundan əvvəl "Financial Times" ABŞ-nin Türkiyəni Rusiyaya texnologiya ixracına görə sanksiyalarla hədələdiyini yazmışdı. Vaşinqton Türkiyənin Rusiya Federasiyasına Qərb istehsalı olan elektronikanın tədarükü üçün əsas kanala çevrilməsindən narahatdır. Söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən prosessorlar, yaddaş kartları, gücləndiricilər və digər avadanlıqlardan gedir.

Xəbəri paylaş: