Həştərxanın keçmiş rəhbəri Oleq Polumordvinov və bir sıra şəhər rəsmiləri korrupsiyada şübhəli bilinərək Həştərxanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Rezonans.az xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat yayıb.
Polumordvinovdan başqa, onun keçmiş müavini İvan Saprıkin, həmçinin Ayticom MMC-nin direktoru Viktor Fedoroviç Fedorov da saxlanılıb.
Hər üçünə dələduzluğa cəhd maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, 60 yaşlı Oleq Polumordvinov 14 iyun 2024-cü ildə vəzifəsindən ayrılıb. Hazırda onun birinci müavini Nazar Kuçeruk Həştərxan rəisinin səlahiyyətlərini icra edir.