Daha bir neçə hava yolu şirkəti İsrailə uçuşları dayandırıb.
Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İsrailə uçuşları dayandıran xarici hava yolu şirkətlərinin sayının 20-yə çatdığı və daha əvvəl uçuşları dayandıran şirkətlərin isə qərarlarının müddətini uzatdığı bildirilib.
Qeyd edək ki, İrlandiyada yerləşən Ryanair aviaşirkəti avqustun 8-ə, İspaniya mərkəzli Air Europa və Bolqarıstan mərkəzli Bulgaria Air-in avqustun 9-na, İtaliyanın bayraq daşıyıcısı ITA və Xorvatiya mərkəzli Xorvatiya Hava Yollarına uçuşların 10 avqusta qədər, Latviyada yerləşən AirBaltic, Hindistanda yerləşən AirIndia və İspaniyada yerləşən Iberia Express şirkətləri İsrailə uçuşları avqustun 11-dək, Polşanın milli aviaşirkəti LOT isə avqustun 12-dək, Rumıniyada yerləşən Tarom aviaşirkəti, Almaniyanın Lufthansa aviaşirkəti, Swiss International Airlines (İsveçrə), Avstriyanın milli aviaşirkəti Austrian Airlines, Brussels Airlines və Almaniyanın Eurowings aviaşirkətləri də avqustun 13-dək,Yunanıstan mərkəzli Aegean Airlines-ın avqustun 14-dək İsrailə, ABŞ-da yerləşən Delta Airlines-ın 31 avqusta qədər və Böyük Britaniyada yerləşən EasyJet-in İsrailə 29 mart 2025-ci ilə qədər, ABŞ-da yerləşən United Airlines və İspaniyada yerləşən Vueling Airlines şirkətlərinin də növbəti xəbərdarlığa qədər İsrailə uçuşları dayandırdığı bildirilib.
Xatırladaq ki, dönüş reysi olmadığı üçün ölkə xaricində qapalı qalan İsrail vətəndaşlarının sayının 150 minə çatıb.