ABŞ-da fövqəladə vəziyyət elan edildi

img

ABŞ-da enerji istehsal gücü çatışmazlığı təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden qərar verib.

Qeyd olunub ki, ABŞ-ın kifayət qədər elektrik enerjisi istehsal etmək qabiliyyətini təhdid edən bir neçə amil var. Bu amillərə Rusiyanın Ukraynaya müdaxiləsi ilə enerji bazarlarında yaranan fasilələr və ekstremal hava hadisələri daxildir.

Xəbəri paylaş: