Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib.
Rezonans.az xəbər verir ki, yüksək səviyyədə keçirilən danışıqların əsas mövzusu Yaxın Şərqdə, o cümlədən Livandakı vəziyyət olub.
İran və İsrail arasında münasibətlərdəki gərginlik, eləcə də regiona humanitar yardımın tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb.
İki ölkənin iqtisadi əlaqələrinin inkişafı mövzusu Ərdoğan və Al Taninin gündəliyində ayrıca bənd kimi yer alıb. Ötən ilin yekunlarına görə Türkiyə və Qətər arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.