Rusiya Kursk vilayətində zərərçəkmişlərin sayını AÇIQLADI

img

Rusiyanın Səhiyyə Nazirliyi ölkənin Ukrayna ilə sərhədyanı regionu olan Kursk vilayətinin atəşə tutulması nəticəsində avqustun 6-dan bəri 66 nəfərin zərər çəkdiyini, onlardan doqquz nəfərin uşaq olduğunu açıqlayıb.

Rezonans.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında diqqətə çatdırılıb.

Bildirilib ki, Kursk vilayətinin tibbi müəssisələrinə 38 nəfər yerləşdirilib ki, onlardan beşi uşaqdır. İkisi uşaq olmaqla 19 zərərçəkmişə ambulator yardım göstərilib.

Xəbəri paylaş: