Heydər Əsədov səlahiyyətlərinin icrasını dayandırdı

img

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

Rezonans.az-ın əldə etdiyi məlumata görə, rektor öz hesabına məzuniyyətə çıxıb. Onun vəzifəsini akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov icra edir.

Qeyd  edək ki, H.Əsədov YAP-ın 51 saylı Şirvan seçki dairəsindən namizədidir.

Xəbəri paylaş: