Ukrayna Silahlı Qüvvələrinin (AFU) 2022-ci ildən mübadilələrin aparıldığı Kolotilovka keçid məntəqəsinə hücumu ilə əlaqədar Moskva və Kiyev arasında əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsi qeyri-müəyyən müddətə dayandırılacaq.
Rezonans.az xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin hücumu avqustun 8-i günorta saatlarında baş verib. Ukrayna hərbçiləri T-90M tankından ilkin olaraq bir neçə mərmi atıblar. Zərbələr həmçinin kamikadze pilotsuz uçan aparatlar vasitəsilə həyata keçirilib.
Kolotilovka məntəqəsi xüsusi hərbi əməliyyat (SVO) zonasında Rusiya Federasiyası və Ukrayna Silahlı Qüvvələrinin toqquşmalar zamanı əsir düşən döyüşçülərini dəyişdirə biləcəyi yeganə yer idi.