Astara rayonu ərazisində hərəkətdə olan "Vaz" markalı avtomobilin konstruksiyasına dəyişiklik edildiyi üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Rezonans.az xəbər verir ki, həmin avtomobili etibarnaməsiz, sürücülük vəsiqəsi olmadan idarə edən, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan Şəhriyar Zülfüqarlının narkotik vasitədən istifadə etdiyi də müəyyən edilib.
Onun barəsində toplanmış material baxılması üçün baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Zülfüqarlı 15 gün müddətində inzibati qaydada həbs edilib.