Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 09.08.2024-cü il tarixində saat 10:40 radələrində 30 yaşlı şəxs (kişi cinsli) üçün yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması səbəbilə çağırış daxil olub.
Rezonans.az xəbər verir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilib və sağ aşağı ətrafın pnevmatik şina ilə immobilizasiyası həyata keçirilib.
Pasient sağ baldırın sınığı və sağ ayağın əzilməsi diaqnozu ilə müvafiq tibb müəssisəsinə təxliyə olunub.