Teatr və sərgilər adından dələduzluq edilir - XƏBƏRDARLIQ

img

Son günlərdə kiberdələduzlar tərəfindən vətəndaşlara qarşı ölkədə fəaliyyət göstərən müxtəlif teatr və sərgilər adından saxta bilet satışı şəklində dələduzluq həyata keçirilir.

Rezonans.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilib ki, kiberdələduzlar sosial şəbəkə platformaları vasitəsilə “azdrama.online” adlı saxta veb-sayt adından saxta bilet satışı həyata keçirirlər.

"Veb-sayta daxil olduqdan sonra vətəndaşlar bank kartı və digər fərdi məlumatların ələ keçirilməsi məqsədilə “3dsguard.online/payment/main” ünvanına yönləndirilirlər.

ETX vətəndaşlara rəsmi olmayan veb-saytlara etimad etməməyi, bank və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı məhsul və ya xidmətləri alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir", - qurumdan vurğulanıb.

Xəbəri paylaş: