“Gözləriniz bizə əmanət” layihəsi çərçivəsində tibbi müayinələr keçirilib

img

“Gözləriniz bizə ənanət” layihəsində Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri Leyla Babayeva və oftalmoloq-cərrah Vəfa Abdullayeva iştirak ediblər.


Rezonans.az xəbər verir ki , TƏBİB-in İxtisas gündəliyi” proqramı çərçivəsində 8 avqust Beynəlxalq Oftalmologiya Gününə həsr olunan sağlamlıq günləri keçirilir.


TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 7-8 avqust tarixlərində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (oftalmoloq, nevroloq, endokrinoloq) tərəfindən tibbi xidmətlər göstərilir. 


Hazırda davam edən müayinələr Cəlilabad-Salyan tibbi ərazi bölməsinə aid olan – Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonları və Lənkəran tibbi ərazi bölməsinə aid olan – Lənkəran, Lerik, Masallı, Astara, Yardımlı rayonlarının vətəndaşları üçün təşkil edilir. 


Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edir.


“Gözləriniz bizə əmanət” layihəsi çərçivəsində həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilir və onlara ətraflı tibbi  müayinələr göstərilir.


Layihədə Respublika Klinik Xəstəxanadından Oftalmologiya şöbəsinin müdiri Leyla Babayeva və oftalmoloq-cərrah Vəfa Abdullayeva iştirak ediblər.

Xəbəri paylaş: