“Şərqin nəğməkar qızı” sənədli filminin təqdimatı olub

img

Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın 100 illiyi münasibətilə Xatirə Əkbərovanın çəkdiyi "Şərqin nəğməkar qızı" adlı sənədli-bədii filmin premyerası olub.


Rezonans.az xəbər verir ki, ekran əsəri Şəkidəki Çingiz Mustafayev adına klubda göstərilib.

Təqdimatda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, şair-publisist Qiymət Məhərrəmli, televiziya jurnalisti və kinorejissor Vahid Mustafayev, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov, digər mədəniyyət, elm və təhsil xadimləri, media təmsilçiləri iştirak ediblər.



Xəbəri paylaş: