Göygöldə yas mərasimində 40 dan çox zəhərlənmə baş verib.
Rezonans.az xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.
Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.
Məlumata görə, Gəncə şəhərindən də hadisə yerinə Təcili Tibbi Yardım briqadaları yollanıb. Zəhərlənmənin vətəndaşların özləri ilə restoranda gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir.