Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində helikopterin hotel binasına çırpılması nəticəsində azı iki nəfər xəsarət alıb.
Rezonans.az xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir.
Şahidlərin sözlərinə görə, hadisədən sonra partlayış baş verib.
Qeyd edək ki, Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu hadisə ilə bağlı araşdırma aparır.