Ermənistanda güclü zəlzələ oldu

img

Avqustun 12-də Ermənistanda yerli vaxtla saat 02:02-də güclü zəlzələ qeydə alıb.

Rezonans.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi yayıb.

Zəlzələnin episentri Xocavənd rayonundan 9 km şimal-qərbdə, yerin 10 km dərinliyində olub.

Episentrdə yeraltı təkanların gücü 5-6 bal təşkil edib.

Zəlzələ Geqarkunik rayonunda 5 bal, Kotayk rayonunda 4 bal və İrəvan şəhərində 2-3 bal gücündə hiss olunub.

Xəbəri paylaş: