Ukraynada inflyasiya pik həddə çatdı

img

Qanlı döyüş meydanına çevrilən Ukraynada inflyasiya sürətlə artır.

 

Rezonans.az xəbər verir ki, Ukrayna Milli Bankının monitorinqinə əsasən, ölkədə inflyasiya apreldə 16,4, may ayında isə 17 faiz təşkil edib.

 

İstehsal və logistika marşrutlarının pozulması, obyektlərin və infrastrukturun məhv edilməsi, ərazilərin işğalı inflasiyanı pik həddə çatdırıb.

 

Ukraynanın Milli Bankı inflyasiya gözləntilərinin getdikcə pisləşəcəyi barədə xəbərdarlıq edib.

Xəbəri paylaş: