250 milyon avroya Ermənistana yeni yol çəkilir

img

Gürcüstan hökuməti Ermənistanla sərhədə qədər yeni Rustavi-Sadaxlo avtomobil yolunun tikintisinə başlayıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri müvafiq əmr imzalayıb. 

Qeyd olunub ki, yolun tikintisi üçün Marneuli rayonunda torpaqlar mülkiyyətçilərdən müsadirə edilir. 

Layihə Şərq-Qərb Beynəlxalq Yol Layihəsinin kredit müqaviləsi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir. Mövcud yola paralel davam edəcək yeni marşrut 11 körpü və keçid daxil olmaqla, təxminən 30 km uzunluğunda dördzolaqlı olacaq. Tikinti 250 milyon avroya başa gələcək.

Xəbəri paylaş: