Bakıda "BMW" işıqfora çırpıldı - VİDEO

img

Baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada işıqforu yararsız vəziyyətə düşüb. Hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov Rezonans.az-a bildirib ki, ötən 6 ay ərzində Bakının müxtəlif küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində Mərkəzin idarəetməsində olan 20 işqıfora və onun avadanlıqlarına (idarəemə qutusu və s.) ziyan dəyib.

Vurulmuş zərər ilə əlaqədar aidiyyəti üzrə sorğular göndərilib.


Xəbəri paylaş: