Kürdəmirdə barama tədarükünə başlanıldı

img

Kürdəmir rayonunda yaş barama tədarükünə başlanılıb və istehsalçılar ilk gün 2596 kiloqram məhsul təhvil veriblər.

Rezonans.az xəbər verir ki,  Barama təhvili mərasimində rayonun icra başçısı Elxan İbrahimov da iştirak edib və kümçülərə uğurlar arzulayıb.

Builki mövsümdə 138 kümçü tərəfindən 360 qutu (6840 qram) ipəkqurdu bəslənilib və bol məhsul yetişdirilib. Rayonun Qaramahmudlu, Sovla, Mollakənd, Carlı, Köhünlü, Qocalı və digər yaşayış məntəqələrində kümçülər daha yüksək məhsuldarlığa nail olublar.

Kümçülərdən Allahverdi Məmmədov məntəqəyə 177,5 kiloqram, Bəxtiyar Səfərov 138,5 kiloqram, Vəli Nəsirov 108,7 kiloqram yaş barama təhvil veriblər.

Xəbəri paylaş: