Gəncədə yeniyetmə bıçaqlanıb.
Rezonans.az xəbər verir ki, hadisə şəhərdə yerləşən universitetin yaxınlığında qeydə alınıb.
Şəhər sakini - 2009-cu il təvəllüdlü A.Abbasov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.15 yaşlı yeniyetməyə həkimlər tərəfindən yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, A.Abbasov tanışı tərəfindən bıçaqlanıb.
Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.