Amerika İranın hücumuna qarşı hazırlıq görür

img

ABŞ yaxın günlərdə İrandan İsrailə qarşı kütləvi silsilə hücum planlarına qarşı hazırlaşır.

Rezonans.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə deyib.

"Biz israilli həmkarlarımızla eyni narahatlıq və gözləntiləri bölüşürük. Hücum bəlkə də bu həftə baş verəcək. Biz bunu çox yaxından izləməyə davam edirik. Bu nöqtədə hücumun İrandan, yoxsa onun havadarından gələcəyini dəqiq söyləmək çətindir. Lakin biz bunun əhəmiyyətli silsilə hücumlar ola biləcəyi ehtimalına hazır olmalıyıq, buna görə də son bir neçə gündə bölgədəki gücümüzü və imkanlarımızı artırdıq”, - Ağ Ev rəsmisi bildirib.

Xəbəri paylaş: