BMT kaset sursatlarının heç bir ərazidə istifadəsini qəbul etmir.
Rezonans.az xəbər verir ki, bunu dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Farhan Haq bildirib.
BMT rəsmisi bununla Ukrayna Silahlı Qüvvələrinin Lisiçansk şəhərinə endirdiyi zərbəni şərh edib.
Qeyd edək ki, Haq açıqlamasında “Kasset sursatlarının istənilən yerdə silah kimi istifadəsinə qarşıyıq" ifadələrindən istifadə edib.