Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Rəşad Nəcəfov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Rezonans.az-a verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Araşdırmalarla onun narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında deyilən ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.