Sədərək seçiciləri YAP-ın namizədinə səs verəcək

img

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 13-də Yeni Azərbaycan Partiyası tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun Sədərək rayon Mədəniyyət Sarayında seçicilərlə görüşü keçirilib.


Rezonans.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.


YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov partiyanın bütün seçkilərdən böyük zəfərlərlə ayrıldığını vurğulayaraq, YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. 


Çıxış edən deputatlığa namizəd Ziyafət Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. Ziyafət Əsgərov  çıxışında seçiciləri vətəndaşlıq hüququndan istifadə edərək parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə üzərinə düşən vəzifələri layiqincə davam etdirəcəyini bildirib.


Tədbirdə partiya veteranı Həsən Rzayev, partiya fəalları Vüsalə Əliyeva, Kəmalə Əliyeva və Nadir Məmmədov çıxış ediblər. Qeyd olunub ki, YAP yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanıb və bu dəfə də belə olacaq.


Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.


Daha sonra həmin gün deputatlığa namizəd rayonun Heydərabad qəsəbəsində Heydər Əliyevin büstünü ziyarət edib və üzərinə gül dəstərələri qoyub. Sonra Rayon Şəhidlər xiyabanı ziyarət edilib.

Xəbəri paylaş: