"The Guardian"ın reportyoru Amazon meşəsində itkin düşdü

img

İngilis jurnalist Dom Phillips və braziliyalı yerli tədqiqatçı Bruno Pereyra Amazon meşələrində itkin düşüb. 

Rezonans.az xəbər verir ki, "The Guardian"ın uzun illərdir baş reportyoru olan Philips və yerli ekspert Bruno Pereyra Braziliyanın Javari vadisində kitab araşdırarkən yoxa çıxıblar.

Məlumata görə,  ikili qayıqla Braziliyanın Peru ilə sərhədi yaxınlığındakı Amazonas əyalətinin şimalındakı Jaburu gölünə getdiyini və bazar günü səhər saat 09:00 radələrində Atalaia do Norte şəhərinə dönəcəyini açıqlanıb.

Lakin onlardan xəbər almayan ailələri polisə məlumat veriblər. Bundan sonra Braziliya polisi araşdırmalara başlayıb. 

Xəbəri paylaş: