NATO-nun baş katibi: “Biz hələ qarşıda daha çox hərbi cinayətlərlə qarşılaşmalı olacağıq”

img

Yens Stoltenberq bəyan edib ki, Rusiya Ukraynanın Buça şəhərində baş verən hadisələrə görə məsuliyyət daşıyır.

Rezonans.az xəbər verir ki, Şimali Atlantika Alyansının baş katibi xatırladıb ki, mülki insan qətllərinin baş verdiyi zaman Buça şəhəri məhz Rusiya tərəfinin nəzarətində olub.

“Bu, müharibə cinayətidir, amma məncə, biz hələ hər şeyi görməmişik. Ərazilər Ukraynanın nəzarətinə keçəndən sonra biz hərbi cinayətlərə dair daha çox məqamlarla rastlaşacağıq”, - deyə Yens Stoltenberq vurğulayıb.

Xəbəri paylaş: