Yaponiyada təbii fəlakət həyatı iflic etdi

img

Yaponiyada baş verən “Ampil” tayfunu səbəbindən ölkə iflic vəziyyətinə düşüb.

Rezonans.az xəbər verir ki,  Yaponiyanın müxtəlif bölgələrində, xüsusən də Kanto bölgəsində təsirli olan "Ampil" tayfunu həyata mənfi təsir göstərib.

Müxtəlif əyalətlərə olan 990-a yaxın reys ləğv edilib, Tohoku, Joetsu, Hokuriku, Yamaqata, Tokaido və Sanyo sürətli qatarlarının hərəkəti təxirə salınıb. Nəqliyyatın məhdudlaşdırılması milyonlarla insanın həyatını iflic edib. Bəzi şirkətlər işçilərini evdən işləməyə təşviq edərkən, bəzi şirkətlər iş saatlarını erkən bitirmək qərarına gəlib.

Bundan başqa, bir çox dövlət qurumları iş saatlarını məhdudlaşdıraraq günorta saatlarında fəaliyyətini dayandırıb. Həmçinin, insanlar tayfun qorxusu ilə marketlərə axışdığı üçün səhər saatlarından etibarən rəflər boş qalıb.

Gün ərzində günorta saatlarından etibarən Ampil qasırğasının Tokionun 287 kilometr cənubunda yerləşən Hachico adasının sahillərində Çiba əyalətinə doğru irəlilədiyini açıqlayan Yaponiya Meteorologiya İdarəsi, tayfunun bu gecə  təsirini artıracağını açıqlayıb.

Səlahiyyətlilər, paytaxt Tokio, eləcə də İbaraki, Toçiqi, Qunma, Saitama, Çiba və Kanaqava ştatlarında şiddətli fırtına və yağışın gözlənildiyini açıqlayıb, təbii fəlakət səbəbilə vətəndaşlara xəbərdarlıq edilib.

Xəbəri paylaş: